Table formatlı cədvəllərdə Cəm Sətrinin kopyalanması problemi

Cədvəllər

Hamımız yaxşı bilirik ki, Table formatlı cədvəllərdə tək sütunun ümumi cəmini hesablamaq asan olsa da, eyni cəmi kopyalayıb digər sütunlara yapışdıranda səhv hesablanır. Səbəbi aydındır ki, Table formatlı cədvəllərdə Structured Reference məntiqi işləyir. Məsələn:

Gross Profit sütunundakı cəmi kopyalayıb Total COGS sütununa yapışdırsaq, xana olaraq Total COGS sütununun altında olmağımıza baxmayaraq, diapazon olaraq Gross Profit sütunu seçilir və analoji olaraq bütün digər sütunlar üçün də ümumi cəm səhv hesablanır. Bunu aşmanın 2 fərqli üsulunu öyrənəcəyik.


Üsul 1: Drag & Drop

Bu usülda, mouse ilə cəm olan xananın ən sağ alt hissəsindəki kiçicik nöqtədən tutaraq sola doğru çəkib buraxırıq, beləcə bütün cəmlər müvafiq sütunları nəzərə alaraq hesablanacaqdır.


Üsul 2: AutoSum

Problemi həll etmənin 2-ci üsulu isə, cəmini almaq istədiyimiz sütunların müvafiq xanalarını seçərək, Home menusundan AutoSum etməkdir.

Uğurlar!