Bildiyiniz kimi, Microsoft, 24 sentyabr 2018-ci il tarixdə yeni Microsoft Office 2019 paketini bazara təqdim etdi. Bütün ofis proqramlarını yeniləmiş, vizual olaraq zənginləşdirmiş və inqilabi dəyişikliklər etmiş oldu. Bu yazıda, Excel-dəki ən əhəmiyyətli yeniliklərdən bəhs edəcəyik. Bu yenilikləri – Menu dizaynı, yeni funksiyalar, diaqramlar, pivot cədvəllər, Power Pivot, Power Query, dinamik silsilələr (dynamic arrays) və yeni Data növləri altında qruplaşdıra bilərik.
Qeyd: Aşağıda qeyd etdiyimiz yeni xüsusiyyətlərin hər biri hələlik Insiders kateqoriyalı istifadəçilərdə aktivdir. Aylıq və ya yarımillik Office 365 abunəçilərində mərhələli olaraq hər biri aktivləşdiriləcəkdir.
Aşağıda, hər menuya aid skrinləri görə bilərsiniz. Yenilənmiş menu dizaynı fantastikdir, çox zövqlü və baxımlıdır.
6 ədəd yeni funksiya əlavə edilmişdir. Hər biri haqqında ətraflı yazılar olacaq. Hələlik qısa overview:
2 ədəd yeni diaqram növü əlavə edilmişdir:
General, Number, Currency, Date, Time, Text kimi data növlərindən sonra, Excel 2019 modelində 2 ədəd yeni data növünü əlavə edib – Stock və Geography.
Ölkə adlarını bir sütuna yazdıqdan sonra yeni Data menusu altında Data Types bloku var.
Geography data növünü seçdikdən sonra həmin ölkələrə aid istənilən məlumat real-time olaraq çəkə bilərik.
İkinci data növümüz isə Stocks-dur, yəni səhmlər. Bu dəfə, şirkət adlarını daxil edərək, onlara aid bütün məlumatı sadə əməliyyat ilə çəkə bilərik:
File >> Publish >> Publish to Power BI adresinə gedib, Excel-inizdə olan məlumatları Power BI platformuna transfer edə bilərsiniz.
Array formullarında istifadə etdiyimiz Ctrl+Shift+Enter kombinasiyasını unutmaq olar. Yeni dinamik silsilələrlə, formul tək bir xanaya yazılmaqla, seçdiyimiz bütün diapazona aid edilə bilər. Faylın həcmini böyütmədən! Bu yenilik Excel 2019-un ən vacib və ən inqilabi yeniliyidir!
Yeni silsilə funksiyaları ilə tanış olun – UNIQUE, FILTER, SORT, SORTBY.
Mobil telefonlar vasitəsilə çəkilmiş şəkilləri, mobil telefonunuzdakı Excel proqramında Excel cədvəlinə çevirə bilərik. Yeni şəkil tanıma mexanizmi ilə artıq əllə daxil etmədən qurtuluruq. Çox güman ki, Excel-in sonrakı versiyalarında bunun desktop versiyaları da təqdim ediləcəkdir.
Ən son analitik vasitələrdən biri olan Ideas, datamızı anında analiz edib, vacib məqamlarını ortaya çıxarır. Bunun üçün data – tabular formatda olmalı, cədvəl olaraq formatlanmalı və ümumi xana sayı 250 mini keçməməlidir. Aşağıda, Microsoftun hazırladığı qısa tanıtımla tanış ola bilərsiniz.
Əvvəllər dəqiqələr çəkən hesablamalar, yeni alqoritmlər ilə saniyələrə endirilir və faylın həcminə heç bir mənfi təsir göstərmir.
Hər mövzu haqqında daha sonra daha ətraflı yazılar olacaq.
Uğurlar!