IFS funksiyası – Excel 2019

Excel 2019

IF funksiyasının ən böyük mənfi cəhətlərindən biri – bir sıra halda, yoxlanılmasını istədiyimiz məntiqi dəyərin bir çox fərqli nəticəsinin ola bilməsi və bunun nəticəsində, iç-içə keçmiş xeyli sayda IF funksiyalarıdır. Bu, formulların uzunluğu və qəlizliyini yetəri qədər artırır.

Lakin, Microsoft, 2019 versiyasında bu problemi aradan qaldıran – IFS funksiyasını təqdim etdi. Bu yazıda, funksiyanın sintaksı və bəzi vacib məqamlara diqqət yetirəcəyik.

Vacib qeyd: Bu funksiya Excel 2019 və Office365 paketinin ən son versiyasında mövcuddur.

Bunun üçün, xəyali tələbələrimizə aid imtahan nəticələrini (100 üzərindən) qiymətləndirmiş və yekun olaraq onlara hərf cinsindən ball vermək istədiyimizi fərz edirik.

Şəkil 1. İmtahan nəticələri

Qiymətləndirmə şkalası isə aşağıdakı kimi olsun:

Şəkil 2. Qiymətləndirmə şkalası


Sintaks

= IFS ( Məntiqi_test1; Dəyər; Məntiqi_test2; Dəyər … Məntiqi_test127; Dəyər)

127-yə qədər fərqli test aparıb, hər birinə müvafiq dəyər təyin edə bilərik. Misalımıza geri dönsək, yazmalı olduğumuz formul aşağıdakı kimi olmalıdır:

Şəkil 3. IFS funksiyasının sintaksı

Formulun ifadə etdiyi isə budur – C3 xanası 95-dən böyükdürsə – A, 85-dən böyükdürsə – B, 60-dan böyükdürsə – C, 45-dən böyükdürsə – D, bunların heç biri deyilsə – F nəticəsini ver.


Vacib Nyuanslar

1. Funksiya, maksimum 127 fərqli testi yoxlaya bilir. Lakin, çox uzun IFS funksiyası yazmaq çox da məsləhət görülmür, çünki, testlərin sayı nə qədər çox olsa, onları düzgün məntiqi ardıcıllıqla daxil etmək, yoxlamaq və yeniləmək bir o qədər kompleks olacaqdır.

2. IFIFS funksiyalarının əsasını – məntiqi nəticələr olan TRUE və FALSE təşkil edir. Çünki, test etdiyimiz hər bir iddia ya doğrudur, ya da yanlış. Əgər IFS funksiyasının içindəki testlərin heç biri TRUE nəticəsini vermirsə, formulumuz #N/A xəta mesajını verəcəkdir.

3. IFS funksiyasının içindəki hər bir test, yazıldığı ardıcıllıq ilə yoxlanılacaq və ilk doğru olan nəticə əks olunacaqdır.

4. Son testimizə TRUE ona görə yazırıq ki. daha öncəki testlərin heç biri doğru olmadığı halda, digər bütün nəticələr üçün gətirməli olduğu dəyəri müəyyən edirik.

 

Uğurlar!