TƏLİMAT – Forumdan İstifadə Təlimatı

Ümumi

Bu ildən etibarən, bildiyiniz kimi, səhifədə Forum fəaliyyətə başlamışdır. Bu Forumda, həllini tapa bilmədiyiniz məsələləri bölüşüb, sizin kimi qeydiyyatdan keçmiş digər iştirakçılardan kömək istəyə bilərsiniz. Bunun üçün, qeydiyyatdan keçməli və müvafiq forum kateqoriyası altında probleminizi bölüşməlisiniz. Bu yazıda, Forumda necə qeydiyyatdan keçməli və yeni mövzuları necə yaratmalı olduğunuz haqqında təlimatları oxuya bilərsiniz.

Qeydiyyatdan keçmək

Forumda qeydiyyatdan keçmək üçün, EXCEL FORUMU Menusuna daxil olaraq prosesi başladırıq. Açılacaq yeni səhifədə Register seçirsiniz.

İstifadə edəcəyiniz İstifadəçi Adı (Username) və Email ünvanınızı daxil edərək, Register düyməsini klikləyirsiniz.

Daxil etdiyiniz Email ünvanına qeydiyyatı təsdiq etmək üçün müvafiq link göndəriləcək. Bu linkə klikləyərək, qeydiyyatınızı tamamlayırsınız.

Yeni mövzu açmaq

Forum əsas 5 kateqoriyadan ibarətdir:

  • Microsoft Excel
  • Power Pivot
  • Power BI
  • Power Query
  • Rəy və Təkliflər

Hər mövzunun altında sub-kateqoriyalar mövcuddur.

Yuxarıdakı skrində Microsoft Excel kateqoriyasının tərkibini görürsünüz. Sualınız/Probleminiz hansı kateqoriyaya aiddirsə, ora daxil olursunuz. Misal üçün, ilk sub-kateqoriya olan Funksiyalar-a daxil olaq.

Yeni mövzu yaratmaq üçün New Topic seçirik.

Yeni mövzuya aid bütün məlumatlar daxil edildikdən sonra Submit düyməsi kliklənərək, mövzunuz yaranmış olur.

Problemin daha tez həll olunması üçün, Excel faylınızdan kiçik screenshot da əlavə etməniz tövsiyyə olunur. Beləcə, digər iştirakçılar məsələni daha tez və rahat anlayacaqdır. Update Files hissəsindən screenshot-u əlavə edə bilərsiniz.

Uğurlar!