Bir öncəki mövzumuzda cədvəllərarası əlaqəni qurduğumuza görə, növbədə, qurulan bu əlaqələrin köməyi ilə, həm Məhsul/Müştəri adlarını yeni sütun olaraq gətirəcəyik, həm də hər bir məhsulun satış dəyərini yeni sütuna əlavə edəcəyik.
Hər 3 cədvəlimizi Power Pivot-a atdıqdan sonra, görünüşümüz belə olacaq:
Bu isə, eyni cədvəllərin Diagram View-sudur. Əlaqəli sütunları ayırd etmişəm. Diqqət etsək, hər ikisində də 1 – * (one-to-many) əlaqə var:
Gəlin, bunların əsasında RELATED funksiyasının yazılış qaydasını öyrənək.
SalesData cədvəlində yeni sütun əlavə edərək (cədvəlin son sütun başlığına double-click etməklə) [Product Name] sütunu yaradırıq. Daha sonra, aşağıdakı formul ilə lazımi cədvələ istinad verərək, məhsulun adını “gətiririk”.
Bu o deməkdir ki, Products cədvəlinin [Product] sütununda olan dəyəri gətir.
Daha öncə bu 2 cədvəl arasında fiziki əlaqə qurduğumuz üçün, Power Pivot, SalesData cədvəlindəki hər sətirdəki [Product ID]-ləri Products cədvəlindəki [Product ID] sütunu ilə müqayisə edərək, onlara qarşılıq gələn [Product] sütunundakı məhsul adını anındaca tapıb gətirir:
Eyni məntiqlə, Customers cədvəlindən, müştərilərin adlarını gətirək:
Bu da o deməkdir ki, Customers cədvəlinin [Customer] sütununda olan dəyəri gətir.
Və son olaraq, hər məhsulun satış dəyərini də gətirək. Məhsulların qiymətləri Products cədvəlinin [Sales price per unit] sütununda yer alır. O səbəblə, formulumuz aşağıdakı kimi olacaqdır:
Yekun etibarilə, datamızı pivot cədvələ atdıqdan sonra, daha aşina olduğumuz Excel platformuna qayıdırıq, lakin bu zaman, sağ tərəfdə əmələ gələn PivotTable Fields blokunda 3 fərqli cədvəl görürük, hansı ki adi pivot cədvəllərdə ancaq tək bir cədvəldən məlumat ala bilirdik.
Və işin ən maraqlı və praktik tərəfi isə, 2 fərqli cədvəldən seçdiyimiz sütunları tək bir pivot cədvəldə qruplaşdırırıq. Mövzular irəlilədikcə, bu metodun niyə daha effektiv olduğunu misallar üzərində müzakirə edəcəyik.
RELATED ilə bir növ VLOOKUP etdiyimizə görə, növbəti mərhələdə ümumi gəlir məbləğini 2 fərqli yolla hesablamanın yollarını öyrənəcəyik – SUM və SUMX funksiyaları ilə – Power Pivot #7 – SUMX funksiyası (DAX)