Power Pivot mövzusunun dərinliklərinə girmədən öncə, ənənəvi Excel strukturu haqqında olan anlayışları bir qədər kənara qoymaqda fayda var. Power Pivot-ı Excel bilikləri üzərindən öyrənmək – prosesi çətinləşdirəcək, digər tərəfdən, Excel-i bilməmiz bir növ üstünlük də verəcəkdir.
Elə isə, başlayaq.
İstənilən datanı Power Pivot platformuna atmaq üçün, üzərinə gəlib, menudan Power Pivot >> Add to Data Model seçilməlidir:
Yeni platformumuzun interfeysi aşağıdakı kimi olacaqdır:
Cədvəlimizin eynisi bura transfer olmuş oldu. Power Query mövzusundan xatırlayacağımız kimi, hər bir sütuna aid Data Type müəyyən edirik, yəni mətndir, yoxsa rəqəm, yoxsa faiz və s. Amma bu dəfə, Home >> Formatting >> Data Type ünvanından.
Power Pivot-da 2 növ hesablama mümkündür – Calculated Column və Measure (köhnə adı ilə Calculated Field).
Adından da anlayacağımız kimi, sütun üzərində aparılan hesablamadır. DAX dilinin ən önəmli 2 prinsipindən biri ROW context-dir. Bu o deməkdir ki, istənilən sütunda yazılan tək bir formul, bütün sətirlərə aid olacaqdır. Formulu kopyalayıb yapışdırmağa ehtiyac yoxdur. Bunu, həmişəki Table formatından da anlaya bilərsiniz. Tək sətirə yazılan formul, avtomatik bütün sətirlərə “sistem” tərəfindən tətbiq edilir.
Lakin, ənənəvi Table-larda individual sətirlərdəki formulları dəyişmək mümkündürsə də, Power Pivot-un ROW context-i buna icazə verməyəcəkdir. Bir sütuna bir formul yazıldısa, bütün sətirlərə aid ediləcəkdir. Məsələn, aşağıdakı cədvəlimizdə [Units sold] * [Sales price] əməliyyatını həyata keçirsək (yeni [Sales Revenue] sütunu altında), formulu yazıb Enter düyməsinə basdığımız anda, o sütuna aid bütün sətirlərə eyni formul tətbiq olunacaqdır (ROW context).
Formulun sintaksına da diqqət edin. Excel-dəki kimi istinad – xanalara yox (A1, B3, C3:C7 kimi), sütunlara ([Sales price]) verilir. Yuxarıdakı formul çubuğundakı formulun açıqlaması belədir:
Bu səbəblə, Power Pivot-a atılan istənilən cədvəlin öz adı olmalıdır. Daha sonra nəyi-nəyə vurduğumuzu anlayaq, əks halda, hər yerdə Table1, Table25, Table33 kimi anlamsız cədvəl adları ilə qarşılaşacağıq.
Yuxarıda Sales Revenue sütununda hesabladığımız hər bir individual gəlir dəyərlərinin ümumi cəmini hesablamaq istəsək, Excel-dəki kimi ən alta gəlib SUM funksiyası yaza bilmərik. Power Pivot-da belə bir mexanizm yoxdur. Onun əvəzinə, Measure adlandırılan əsas formulların yazıldığı şablon hesablamalar mövcuddur. Və onları, cədvəlimizin altındakı “qaranlıq zona”da yazırıq.
Öncə Calculated Column, daha sonra Measure hesablayaq:
Gördüyümüz kimi, sintaksı Excel-dəki cədvəl formatı ilə tamamilə eynidir:
Vacib məqamlar:
Bu Measure ilə Pivot cədvəl hazırlamaq istəsək, Power Pivot pəncərəsindən Pivot Table seçməyimiz kifayətdir.
Measure-ın qarşısında duran Fx simvolundan, bunun Measure olduğunu anlayacağıq.
Növbəti yazıda, Power Pivotun motorunu təşkil edən DAX (Data Analysis Expressions) formul dili ilə tanış olacağıq – Power Pivot #4 – Sistemin motoru – DAX