Excel-də 2 fərqli xanadakı mətni tək bir xanada birləşdirmək istəsək, CONCATENATE funksiyası və ya & (ampersand) işarəsindən istifadə edirik. Hədəfimiz isə budur – hər bir mətni eyni xananın içində yeni sətirdən yazmaq. Aşağıdakı kimi:
Bunun üçün, normal qaydada CONCATENATE funksiyamızı yazırıq.
Daha sonra, xanalar arasındakı boşluq işarəsinin yerinə (” “), CHAR(10) funksiyasını əlavə edirik. Ən sonda, formul yazdığımız xananı mütləq surətdə Wrap Text edirik.
Qeyd: CHAR(10) funksiyası – ASCII kodlar siyahısında yeni sətiri təmsil edir. Beləliklə, boşluq əvəzinə, 2 mətn arasına yeni boşluq “simvol”unu əlavə etməklə məsələni həll edirik.