Xanadakı sözlərin sayını hesablamaq

Formul hiylələri

Hər hansı bir xanada neçə söz olduğunu necə hesablaya bilərik? Hazırki yazımızda bu mövzuya toxunmuşuq.

Снимок

Bunun üçün 4 mərhələli formul yazmalıyıq. Məntiqimiz qısacası belədir:

  1. Mətnin ümumi uzunluğu;
  2. Mətndəki boşluqların silinməsi;
  3. Mətnin boşluqlar olmadan uzunluğu;
  4. 13 arasındakı fərq, üstəgəl 1 (çünki, nə qədər boşluq varsa, onun 1 əlavəsi qədər də söz var deməkdir).

Mərhələ 1 – Mətnin ümumi uzunluğunun hesablanması

Mətnin ümumi uzunluğu LEN funksiyası ilə hesablanır. Yazılışı aşağıdakı kimidir:

Снимок

Lakin, bu formulun bir mənfi cəhəti var. Əgər sözlər arasında lazım olandan çox boşluq varsa, Excel bu boşluqları da əlavə söz kimi nəzərə alacaq.

Снимок

Mətnin uzunluğu 23 simvol olmasına baxmayaraq, aradakı boşluqlar ucbatından uzunluq 37 simvola çıxıb. Bunun qarşısını TRIM funksiyası ilə alacağıq. TRIM – mətndə olan lazımsız boşluqları silməyə yarayır.

Снимок

Nəticə etibarilə, 23 simvolluq uzunluğumuzu əldə etdik.

Mərhələ 2 – Mətndəki bütün boşluqların silinməsi

SUBSTITUTE funksiyası ilə mətndəki bütün boşluqları “silirik”.

Снимок.PNG

C2 xanasındakı bütün boşluqları (” “) –  arada heç bir boşluq olmayan simvol ilə (“”) əvəz edirik. Nəticəmiz aşağıdakı kimi olacaqdır:

Снимок

 

Mərhələ 3 – Mətnin boşluqsuz uzunluğu

Eyni LEN funksiyası ilə, bu dəfə 2-ci mərhələdə əldə etdiyimiz mətnimizin uzunluğunu ölçürük.

Снимок

Nəticəmiz bu dəfə 20 simvol oldu.

Mərhələ 4 – Sözlərin sayının hesablanması

Mətnin orijinal uzunluğu ilə boşluqsuz uzunluğu arasındakı fərqin üzərinə 1 gəlib yekun nəticəni əldə edirik.

Снимок.PNG

Uğurlar!