Hər hansı bir web-saytdan mütəmadi olaraq hansısa data çəkilirsə (şirkətlərin səhm dəyərləri, makro-iqtisadi göstəricilər, valyuta məzənnələri və s.), bunu hər dəfə o sayta daxil olmadan da, Excel vasitəsilə, müvafiq cədvəli Refresh edərək də nail olmaq mümkündür. Qulağa qeyri-real gəlirsə, oxumağa davam edin.
Bunun üçün Power Query-dən istifadə edəcəyik, menudakı adıyla Get & Transform. Fərz edək ki, Mərkəzi Bankın valyuta məzənnələrinin gündəlik olaraq yenilənməli olduğu bir model qurmuşuq.
Gündəlik olaraq o məzənnələri bu səhifədən manual qaydada yeniləmək əvəzinə, menudan Data >> Get & Transform Data >> From Web seçirik.
Qarşımıza çıxacaq yeni pəncərədən Mərkəzi Bankın yuxarıdakı səhifəsinə keçid verəcək web-adresi yazırıq:
OK düyməsini kliklədikdən sonra, yeni Naviqasiya pəncərəsi açılacaq:
Load etmədən öncə, hər sütunu istəyimizə uyğun formatlayacağımız yeni pəncərə açırıq, Edit ilə.
Alışdığımız Power Query platformu qarşımıza gələcək.
Hər bir formatlama addımı üzərində durmadan, ancaq bizə lazım olduğunu düşündüyümüz valyutaları filterdən seçirik:
Close & Load edirik:
Excel-dəki normal səhifəmizə qayıtmış oluruq. Artıq, qarşımızda, gələcəkdə istifadə edəcəyimiz hazır formatlı bir cədvəl var. Bu cədvəlin ən vacib xüsusiyyəti isə, günlər keçdikcə, üzərinə gəlib sağ klikləyib (və ya Menudan) Refresh düyməsinə basdığınız anda , həmin günə olan valyuta məzənnələrini verəcək olmasıdır. Əlavə heç bir manual işə ehtiyac olmadan.
Web-saytlardan bu cür informasiyaları çəkmək son zamanlar ən çox istifadə edilən metodlardan biridir. Və unutmayın, yekun cədvəl – hər zaman sizin istədiyiniz formatda olacaq, bunun üçün Power Query Editor platformundakı formatlamaya xüsusi önəm verin. Yekun cədvəlin formatını hər zaman Edit edə biləcəyinizi də unutmayın.