Müsabiqələr
Oxunma sayı: 60
Ən son müsabiqəmizdə hər 5-ci sətri tapmaq məsələsi var idi. Çox sayıda həll yollayan oldu, bu həll yolları arasında çox orijinal və effektiv məntiq ilə hazırlananlar da var idi, amma burada məsələni ən tez həll edən 3 iştirakçı sırası ilə aşağıdakılardır:
- Cəlil Hüseynov
- Samir Məmmədov
- Teymur Sarmuradi
İndi isə gəlin məsələnin həll yoluna baxaq. Unutmayaq ki, bundan başqa yollar da var, lakin mən ən sadə və asan anlaşılanını dərc edirəm.
Gördüyümüz kimi, burda 3 fərqli funksiya var: IF, MOD və ROW.
Hər zaman olduğu kimi, formulu daxildən xaricə doğru oxumalıyıq.
- ROW funksiyası xananın olduğu sətir nömrəsini verir. Faylda həmin sətir üzərində ROW(F7) yazsaq, bizə 7 nəticəsini verəcəkdir, çünki 7-ci sətirin üzərindəyik. Amma diqqət etsək görərik ki, bizim siyahı 3-cü sətirdən etibarən başlayır, yəni 7-ci sətirdə olmağımıza baxmayaraq, 2 sətir boş buraxmışıq. Bu səbəblə də, boş buraxılan 2 sətri ləğv edirik.
- MOD funksiyası ilə biz bölmə əməliyyatından qismət və qalığı hesablayırıq.
- IF funksiyası ilə isə, hansı xanalara “x” qoyulub qoyulmayacağını müəyyən edirik.
Formulu cümlə olaraq qiymətləndirsək deyərik ki:
- F7 xanası olan sətir nömrəsindən 2 rəqəmini çıx
- Bu nəticəni 5-ə böl
- Əgər qalıq yaransa, həmin xananı boş burax
- Əgər qalıq sıfıra bərabər olsa, o xanaya “x” yaz.
Yaxşı olardı ki, əlavədəki faylı endirib, formulu özünüz bir daha analiz edib məntiqini tam qavrayasınız.
Uğurlar!
Faylı endir – Contest 4 – SOLVED