Ctrl + F qısayolu ilə istədiyimiz yazını, məbləği və simvolu tapmağı bilirik. Bəs, fərz edək ki, sarı rənglə formatlanmış bütün xanaları necə tapa bilərik?
Arqument ola bilər ki, sarı xanaların harda olduğu görünür, lakin Hide edilmiş sətirlər, sütunların ola biləcəyini də nəzərə alın. Və yaxud bütün sarı olan xanaları göy rəngə dəyişdirmək istəyə bilərik. Bunun üçün, workbook-dakı bütün sheet-ləri tək-tək axtarmamaq üçün Ctrl+F ilə bütün bu xanaları tək əməliyyat ilə tapıb, istədiyimiz formatlamanı tətbiq edə bilərik.
Bunun üçün Ctrl+F qısayolu ilə Find dialoq qutusunu açır və Options klikləyirik.
Axtar dialoq qutusu bir az genişləyərək aşağıdakı halını alacaqdır:
Format dropdown siyahısına kliklədiyimiz zaman, qarşımıza 2 variant çıxacaq:
Find All dedikdən sonra, Excel bütün sarı rəngli xanaları alt-alta sıralamış olacaq.
Bu siyahıdakı hər hansı bir sətrin üzərinə gəlib seçsək, sheet-dəki həmin xana seçilmiş olacaq. Bütün xanaları seçmək üçün isə Ctrl+A qısayolundan istifadə etməliyik.
Soldakı əsas cədvəldə bütün sarı xanaların seçildiyini görəcəyik. Bundan sonra isə, həmin xanalara istənilən formatı və dəyişikliyi edə bilərik.
Uğurlar!