RANDBETWEEN funksiyası – təsadüfi mətnin seçilməsi

Funksiyalar

Bir çoxumuz artıq bilirik ki, RANDBETWEEN funksiyası ilə 2 ədəd arasındakı təsadüfi bir ədədi tapmaq olduqca asan bir işdir. 1-dən 100-ə qədər olan ədədlər arasından təsadüfi bir ədəd seçmək istəsək, belə edəcəyik.

RANDBETWEEN

Amma RANDBETWEEN funksiyasının ən böyük çatışmazlığı bunu sadəcə ədədlər ilə edə bilməsindədir. Yəni, bu funksiya ilə biz adlar / şəhərlər / rayonlar olan siyahıdan təsadüfi bir mətn seçmək istəsək, bunu edə bilməyəcəyik, çünki RANDBETWEEN sadəcə rəqəmsal dəyərlərlə çalışır.

Bununla belə, bu problemi INDEX funksiyasının yardımı ilə həll etmək mümkündür. Məsələn, aşağıda adları olan şəhərlərdən D3 xanasına təsadüfi bir şəhər adının gəlməsini istədiyimizi fərz edək.

RANDBETWEEN - 1

Yazmalı olacağımız formul aşağıdakı kimi olacaqdır:

RANDBETWEEN - 2

Xatırlayırsınızsa, INDEX funksiyası – müəyyən edilmiş diapazonda müəyyən etdiyimiz sıra nömrəsində yer alan dəyəri tapmağa yarayırdı. Yuxarıdakı formulda da,

  • Dəyərlər olan diapazonu seçdik (B3:B9)
  • RANDBETWEEN funksiyası ilə 1-dən 7-yə qədər təsadüfi bir dəyər hesabladıq (şəhərlərin sayı 7 olduğuna görə)
  • Ən sonda da, INDEX ilə təsadüfi olaraq hesablanmış bu dəyərin (məsələn 5) ümumi siyahıdakı şəhərini tapdıq (məsələn, Madrid, sırada 5-cidir)

Bu qədər sadə.
Səhifədəki hər hansı bir xananı Edit etdiyimiz və ya hər dəfə F9 düyməsinə basdığımız zaman, D3 xanasındakı formul yenilənəcək və hər dəfə yeni bir dəyər ortaya çıxaracaqdır.
Uğurlar!

Oxşar Yazılar:
INDEX & MATCH kombinasiyası
MATCH funksiyası