Müsabiqə 1 – Maaşların layihələr üzrə bölüşdürülməsi

Müsabiqələr

Bundan sonra hər həftə müsabiqə xarakterli bir məsələ ortaya qoyulacaq və iştirakçılar arasından bu məsələni ən effektiv və məntiqli şəkildə həll edən 2-3 iştirakçının nəticəsi öz razılıqları ilə burada paylaşılacaq.

Bu həftəki məsələ aşağıdakından ibarətdir:

Contest 1 - 1.png

Görüldüyü kimi, 3 fərqli layihədə 5 fərqli insan çalışmış və hər birinin qarşısında alacağı maaş qeyd edilmişdir.

Qarşıda duran məqsəd:

  1. Hər bir işçi hansı layihədə çalışmışsa (Projects assigned to), o işçinin sağdakı (Salary Distribution) cədvəldə o layihəyə aid maaşı həmin layihənin altında göstərilmiş olsun.
  2. Əgər işçi 1-dən çox layihədə iştirak etmişsə, o halda ona ödənilən maaş, layihələrin sayı qədər bərabər bölüşdürüləcəkdir. Məsələn, Mark Fisher 2 layihədə çalışdığı üçün, onun 14,000 olan maaşı B və C layihələri arasında bölüşdürülmüşdür.
  3. Yazılacaq formul interaktiv xarakter daşımalıdır, yəni soldakı cədvəldə “x”-ları silib, yenilərini əlavə etdiyimizdə, nəticələr sağdakı cədvəldə avtomatik əks olunmalıdır.
  4. Deadline: 7 iyul 2016 (cümə axşamı)
  5. Həll yollarını xlstuff@mail.ru ünvanına yollamanız xahiş olunur.

Cədvəlin olduğu faylı burdan endirə bilərsiniz – Contest 1 – task 
Uğurlar!