Eyni anda bir neçə sheet-də dəyişiklik etmək üçün, hər şeydən öncə həmin o sheet-ləri qruplaşdırmaq lazımdır. Sheet-ləri qruplaşdırmanın 3 yolu var:
Bu üsulları öyrənmədən öncə bir suala cavab tapaq: Sheet-ləri qruplaşdırmaq nəyə yarayır və hansı üstünlükləri vardır?
Sheet-lər qruplaşdırıldıqdan sonra, qrupa daxil hər hansı bir sheet-də edəcəyimiz dəyişiklik qrupdakı digər bütün sheet-lərdə eynisilə öz əksini tapacaqdır. Məsələn, xananın rəngini dəyişsək, yazının fontunu böyütsək, sütun və sətirləri gizləsək və s. avtomatik digər səhifələrdə də bu dəyişikliklər edilmiş olacaqdır. Təkrarlanan formatda sheet-ləriniz çoxdur və hər birində ayrı-ayrılıqda eyni cür dəyişiklik etmək istəyiriksə, o halda bu imkandan mütləq istifadə etməliyik.
İndi isə gəlin, sheet-ləri qruplaşdırmanın yollarına baxaq.
1. CTRL ilə qruplaşdırma
Bunun üçün, CTRL düyməsini basılı saxlayaraq, qruplaşdırmaq istədiyimiz bütün sheet-ləri mouse ilə seçməmiz kifayət edəcəkdir.
Gördüyümüz kimi, HR xaricində digər bütün sheetləri qruplaşdırmış olduq.
2. SHIFT ilə qruplaşdırma
SHIFT düyməsi ilə qruplaşdırmanın vacib bir fərqi var. Belə ki, yuxarıdakı misalda Marketing sheet-in klikləyib, SHIFT düyməsini basılı tutaraq digər hər hansı bir sheet-i klikləsək, o zaman bu 2 sheet arasında yer alan digər bütün sheet-lər qruplaşdırılmış olacaq.
3. Mouse-un sağ düyməsi ilə
Hər hansı bir sheet-i sağ klikləyib, Select All Sheets seçməklə faylda olan bütün sheet-ləri eyni anda qruplaşdırmış oluruq.
Qruplaşdırmanı aradan qaldırmaq üçün isə, ya qrupa daxil olmayan hər hansı bir sheet-in üzərinə klikləmək, ya da mouse ilə sağ klikləyib Ungroup Sheets seçməliyik.
Uğurlar!