CONVERT funksiyası – ölçü vahidlərinin konvertasiyası

Funksiyalar

Excel-də ən bilinməyən, lakin eyni zamanda çox faydalı olan funksiyalardan biri CONVERT funksiyasıdır. Bu funksiya ilə aşağıdakı suallara asanlıqla cavab tapmaq olar:

  • 5,6 byte neçə bit-dir?
  • 38° Celsius neçə Fahrenheitdir?
  • 1,500 saniyə neçə saatdır?

Bunlar kimi yüzlərlə digər ölçü vahidinin başqa ölçü vahidinə konvertasiyası zamanı CONVERT funksiyasından istifadə edəcəyik.

Məsələn, 2,500 saniyənin neçə dəqiqə etdiyini öyrənmək üçün,

CONVERT - 1.png

funksiyasını yazmağımız kifayət edəcəkdir.

Gördüyümüz kimi, funksiya 3 komponentdən ibarətdir:

  1. Konvertasiya edilmək istənən dəyər – 2,500 saniyə
  2. Hansı ölçü vahidindən – saniyə
  3. Hansı ölçü vahidinə – dəqiqə

Funksiyanı yazarkən, ölçü vahidlərinin siyahısı ilk komponenti daxil etdikdən sonra qarşımıza çıxacaqdır, burdan müvafiq olanını seçərək, funksiyaya daxil etmək lazımdır.

CONVERT - 2.png

İlk ölçü vahidini əlavə etdikdən sonra, sıra ikinci ölçü vahidini seçməyə gəlir. Məsələn, ilkində “sec”, yəni saniyə seçmişsək, o zaman ikinci ölçü vahidi üçün bütün yuxarıdakı siyahı yox, sadəcə vaxt cinsindən olan ölçü vahidləri gələcəkdir.

CONVERT - 3.png

Bu da, təbii ki, məntiqlidir, çünki saniyəni litrə/hündürlüyə/uzunluğa çevirmək məntiqsiz olardı.

Sizi maraqlandıran digər ölçü vahidləri ilə də özünüz maraqlana bilərsiniz.

Uğurlar!