VLOOKUP funksiyası haqqında bir çoxumuzun məlumatı var. İstənilən dəyərə əsasən, o dəyərə aid olan köməkçi məlumatların tapılması funksiyasını daşıyır. Lakin, daha öncə də qeyd etdiyimiz kimi, VLOOKUP funksiyası sadəcə özündən sağdakı məlumatların müəyyən edilməsinə yarayır. Bəs bunun əksini etmək, yəni özündən soldakı məlumatları tapmaq üçün nə etməli?
Məsələn, yuxarıdakı misalda işçinin adından asılı olaraq onun müvafiq departamenti VLOOKUP funksiyası ilə rahatlıqla tapılır. İşçinin adını hər dəyişdiyimiz zaman, onun departamenti də avtomatik yenilənəcəkdir.
Gəlin bu dəfə məsələyə tam əks perspektivdən baxaq. İşçinin vəzifəsinə əsasən işçinin adını tapmağa çalışaq. Bunu VLOOKUP ilə edə bilməyəcəyik, çünki daha öncə də dediyim kimi, VLOOKUP sadəcə özündən sağdakı dəyərləri tapmağa yarayır. Amma biz Position-dakı dəyərə müvafiq Full Name-dəki dəyəri tapmaq istəyirik, yəni sola doğru axtarış etmək məcburiyyətindəyik.
Bu problemi INDEX və MATCH funksiyalarının kombinasiyası ilə həll edəcəyik (MATCH funksiyası haqqında daha ətraflı – MATCH funksiyası). Öncə formulu yazıb, daha sonra sintaksı haqqında məlumat verəcəyəm.
Gəlin, formulun komponentləri və məntiqini analiz edək.
İndi isə, bu formulu işləyişinin məntiqi izah etməyə çalışım.
Bu qədər sadə. Formulu analiz etməniz üçün əlavədəki faylı endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – INDEX – MATCH kombinasiyasi