Combo diaqramlar

Charts & Graphs

Eyni diaqram üzərində fərqli növ diaqramlardan istifadə etsək, bu diaqramın adı combo chart – kombo diaqram olmuş olacaq. Məsələn, aşağıdakı kimi:

Combo charts - 1.png

Bəs bu cür diaqramları necə hazırlaya bilərik? Bu dəfəki yazıda bu mövzuya toxunacağıq.

Hər şeydən öncə, diaqrama əlavə edəcəyimiz məlumatımız olmalıdır, yəni dəyərlər silsiləsi. Neçə fərqli diaqramdan istifadə edəcəyimizdən asılı olaraq bu dəyərlər silsiləsinin sayı da fərqli olacaqdır. Məsələn, yuxarıdakı kombo diaqramında 2 silsilədən istifadə etmiş, birini line, digərini isə area diaqram növü ilə vizuallaşdırmışıq. İstifadə etdiyimiz dəyərlər isə, aşağıdakı kimi olsun:

Combo charts - 2.png

Hər iki dəyərlər silsilə eynidir, bunun səbəbi area diaqramının line diaqramının tam altında yer alması məqsədi üçündür.

Dəyərlər olan 2 sütunu da seçdikdən sonra Insert >> Charts >> Combo seçilməlidir.

Combo charts - 3.png

Gördüyümüz kimi, qarşımızda 2 fərqli seriyaya aid diaqram növü təklif edilib – Clustered Column və Line. Biz bu 2 diaqramı LineArea olaraq dəyişdirdikdən sonra diaqramımız aşağıdakı halını alacaqdır.

Combo charts - 4

İşimizi demək olar ki, bitirmiş sayılırıq. Geriyə sadəcə diaqramı formatlamaq qalır. Formatlanmış diaqramı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Combo charts – Line and Area