Siyahıdakı unikal dəyərlərin sayının Pivot Table vasitəsilə tapılması

Excel Hiylələri

Siyahıdakı unikal dəyərlərin sayı adlı yazımızda uzun bir siyahıda təkrarlanan dəyərlər arasından unikal olan dəyərlərin sayını necə hesablamalı olduğumuzu müzakirə etmişdik. Bu dəfəki yazıda isə, eyni əməliyyatı Pivot cədvəl (pivot table) vasitəsilə necə edə biləcəyimizi araşdıracağıq.

Əvvəla, bütün siyahını table (cədvəl) olaraq formatlamalıyıq. Bunun üçün siyahı seçilir və Ctrl + T ilə cədvəl olaraq formatlanır.

Pivot table unique number - 1

Daha sonra cədvəlin hər hansı bir yerinə cursor-u yerləşdirib Insert menusundan Pivot Table seçilərək, aşağıdakı kimi Add this data to the Data Model check edilərək OK kliklənir.

Pivot table unique number - 2

Daha sonra Pivot cədvəldə əmələ gələn tək başlıq olan SalesRep aşağıdakı kateqoriyalardan ROWS və ya COLUMNS hissəsinə yox, VALUES hissəsinə drag and drop edilir.

Pivot table unique number - 3

Nəticə olaraq, siyahımızda 114 nəfərin olduğunu görürük, lakin bu, siyahıdakı bütün şəxslərin ümumi sayıdır. Biz isə unikal sayı bilmək istəyirik. Bunun üçün VALUES hissəsinə yerləşdirdiyimiz Count of SalesRep üzərinə gəlib klikləyərək, açılan siyahıdan Value Field Settings seçirik.

Pivot table unique number - 4

Açılacaq yeni dialoq qutusundan isə Distinct Count seçilərək OK kliklənir.

Pivot table unique number - 5

Pivot cədvəlimizə geri qayıtdığımız zaman isə, nəticənin 53 olduğunu, yəni siyahıda cəmi 53 ədəd unikal dəyər olduğunu öyrənmiş oluruq.

Pivot table unique number - 6

Tək bir formul əvəzinə bu qədər əməliyyat həyata keçirmənin ən böyük üstünlüyü ondan ibarətdir ki, bəzən siyahılar yüz minlərlə sətirdən ibarət olur və formul və funksiyalar unikal dəyərlərin sayını hesablayarkən uzun zaman tələb edir. Pivot cədvəl isə bunu dəfələrlə az bir zamanda həyata keçirərək kompyuterin yaddaşına da yük olmur. Əgər siyahınız çox uzun deyilsə, məsələni formul vasitəsilə həll etmək daha faydalı olacaqdır.

Uğurlar!