Hər iş yeri işçilərinə normal iş normasından əlavə çalışdığı zaman overtime ödəmələri vermir. Lakin bazarda bunu edən şirkətlər də mövcuddur. Belə olan halda, hər işçinin həftəlik overtime saatlarını necə hesablaya bilərik?
Yuxarıdakı screenshot-da 3 işçi və hər işçinin həftənin bazar ertəsi – bazar günlərində işlədiyi real iş saatları göstərilib. Bu iş saatlarına əsasən hər bir işçinin həftəlik ümumi overtime saatlarını hesablamalıyıq.
Əmək qanunvericiliyinə əsasən, hər bir işçinin həftəlik iş norması 40 saatdır. Bundan artığı overtime sayılır. Misalımızdakı şirkətin 5 günlük iş həftəsi ilə çalışdığını fərz etsək, bu zaman hər iş gününə 8 saat düşəcəkdir. Və hər işçinin overtime saatını hesablamaq üçün hər gün real olaraq çalışdığı saatdan günlük normanı (8 saat) çıxıb, həftə sonunda bütün bu ədədləri cəmləməliyik.
İşin problematik tərəfi – işçi saylarının çox olması və hər biri üçün bu əməliyyatın aparılması effektivlik və vaxt baxımından imkansızdır. Bu səbəblə, biz tək bir formul vasitəsilə bu problemi həll edəcəyik.
Hər şeydən öncə işçilərin adlarının üstündə hər günə aid çalışma normasını (saat olaraq) daxil edirik.
Daha sonra, Total o/t hours başlıqlı sütuna aşağıdakı kimi bir formul daxil edirik.
Formulu analiz edək.
Gördüyümüz kimi, formul SUM və IF funksiyalarının kombinasiyasından əmələ gəlmişdir. IF funksiyasının daxilinə yazdığımız formulla Johnun (göy diapazon) iş saatlarının həftəlik normadan (qırmızı diapazon) böyük olub-olmadığını yoxlayırıq.
Və böyük olduğu təqdirdə, göy diapazondakı dəyərdən qırmızı diapazondakı müvafiq dəyərin çıxılmasına göstəriş veririk.
Əks təqdirdə, nəticə sıfır olacaqdır.
Əldə etdiyimiz bütün bu dəyərlər toplusunu isə SUM funksiyası ilə cəmləyirik.
Vacib qeyd!!! Formul yazıldıqdan / edit edildikdən sonra Enter düyməsinə bassaq xəta mesajı ilə qarşılaşacağıq. Bunun səbəbi, yazmış olduğumuz formulun adi formul yox, array formulu olmasıdır. Bütün array formulları Ctrl + Shift + Enter kombinasiyası basılaraq yekunlaşmalıdır.
Həftəlik overtime saatlarının hesablandığı cədvəlin son halı aşağıdakı kimi olacaqdır.
Əlavədəki faylı endirib analiz edə bilərsiniz.
Faylı endir – Weekly overtime hours