Excel-də bəzən faylın daha səliqəli olması üçün üzərində işlədiyimiz fayldakı sheet-lərin adlarını ekrandan yığışdırmaq zərurəti yarana bilər. Aşağıdakı screenshot-da 4 sheet-imiz olduğunu görürük və bunların hər biri ingilis dilində sheet tab adlanır. Biz bu tab-ləri gizləməyə çalışacağıq.
Bunun üçün File >> Options >> Advanced >> Display options for this worksheet ünvanına gedərək, Show sheet tabs sətrini uncheck etməliyik.
OK kliklədikdən sonra daha öncə sheet-lərin adları olan sətir yoxa çıxmış olacaq.
Uğurlar!