Aşağıdakı siyahıda yer alan dəyərlər arasından ən yüksək 3-nün cəmini hesablamaq tapşırılsa bunu necə etməliyik?
İlk baxışda, bunu etmənin 3 yolu var:
Bu günkü yazımızda 3-cü variantdan istifadə edəcəyik.
LARGE funksiyası ilə tanış deyil isəniz, yuxarıdakı linkdən ilk əvvəl o funksiyanın nə işə yaradığına göz atmanızı tövsiyyə edirəm. Daha sonra yazmalı olacağımız formul belə olacaqdır.
Bütün formul auditlərində olduğu kimi, burda da hər zamankı kimi içəridən kənara doğru analiz etməliyik.
LARGE funksiyasının 2 komponentdən ibarət olduğunu bilirik. İlk komponenti B3:B10 aralığına istinad verərək, {1;2;3} kriteriyası ilə ən yüksək 3 dəyəri tapmasını istəyirik.
SUM funksiyası ilə də bu 3 dəyəri cəmləyirik.
Burda əsas diqqəti cəlb edən – kriteriya olaraq hər zamankı kimi 1 dəyər deyil, eyni anda 3 dəyər göstərmiş olduğumuzdur. Array formullarının ən böyük üstünlüklərindən biri də məhz 1 xana daxilinə 1-dən çox məlumat daxil edə bilməyimizdir. { } mötərizələri də məhz array formulundan istifadə etmiş olduğumuzu bizə nümayiş etdirir.
Ən yüksək 5 dəyərin cəmini hesablamaq istəsəydik, {1;2;3;4;5} yazmalı olacağımızı qeyd etməyə isə lüzum görmürəm.
Formulun yazılış mexanizmini analiz etmək üçün əlavədəki faylı endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – SUM largest values