Bir çox halda müəyyən dəyərlərin ortalaması hesablanırkən ağırlıqlı ortalama əvəzinə səhvliklə ədədi ortadan istifadə edilir. Reallıqda, bu, çox ciddi yanlışlara gətirib çıxarır. İngilisdilli ədəbiyyat ilə paralellik göstərməsi baxımından hər bir ortalamanın ingilis dilindəki qarşılıqlarını qeyd etmək istəyirəm.
Ədədi orta = Arithmetic Mean
Ağırlıqlı ortalama = Weighted Average
Hər ikisi də ortalamanı hesablamağa yarayır. Bəs o halda onları bir-birindən ayıran əsas özəllik nədir?
Şirkətimizdə 6 departament olduğunu və hər bir departamentdəki ortalama əmək haqqı və həmin departamentdə çalışan cəmi işçi saylarının aşağıdakı kimi olduğunu fərz edək.
Şirkət üzrə bütün maaşlar nəzərə alınaraq ortalama maaş hesablanması istənilsə, ədədi orta bizə son dərəcə yanlış məlumat vermiş olacaq.
Bu ortalamanın sadə dillə tərcüməsi belədir: Şirkətdəki hər bir işçi ortalama olaraq 5,117 AZN maaş alır. Və bunun nə qədər yanlış bir iddia olduğu ortadadır, çünki maaş ortalamasını bu səviyyəyə qaldıran Administrativ Departamentdə çalışan 2 işçidir. Məhz bu səbəbdən ədədi orta bir çox halda çox yararsız funksionallıq daşıyır.
Ağırlıqlı ortalama isə, hər departamentin ortalama maaşını həmin departamentdə işləyən işçilərin sayına vurub ümumi maaş fondunu tapdıqdan sonra cəmi işçilərin sayına bölərək reallığa daha yaxın nəticə verir.
Etməli olduğumuz çox sadədir:
Bunun üçün SUMPRODUCT funksiyası və SUM funksiyasından istifadə edəcəyik.
Bu dəfə isə, qarşımıza çıxan nəticə tamamilə fərqli oldu.
Bu nəticə reallığa 2,5 dəfə daha yaxındır. Çünki 2 nəfərin aldığı 15,000 AZN maaş şirkət üzrə ortalamada böyük rol oynamadı, çünki ümumi şəkli anormal dərəcədə səhv göstərirdi. Ağırlıqlı ortalama məhz bu cür vəziyyətlərdə, adi ortalamanın əksinə, hər bir komponentin ağırlığı (misalımızda işçi sayı) nisbətində hesablama aparır.
Formul və funksiyalarla daha yaxından tanış olmaq üçün əlavədəki faylı endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – Arithmetic Mean vs. Weighted Average