Excel faylımızda bəzi xanaların digər istifadəçilər tərəfindən “əlçatmaz” olmasını istəyə bilərik. Excel faylların böyük əksəriyyətində adi məlumatla yanaşı, hesablanan xanalar da olur və bu xanaların heç kəs tərəfindən dəyişdirilməməsini istəyə bilərik. Yəni, sadəcə formullar olan xanaların toxunulmaz qalmasına nail olmaq istəyirik. Digər bütün həll yollarında olduğu kimi, burda da hər şeyi manual edə bilərik. Bir-bir bütün formul olan xanaları müəyyən edib, sonrası hər birini ayrı-ayrılıqda seçib protect edə bilərik. Bunun qısa yolunu bu günkü yazımızda ələ alacağıq.
Fərz edək ki, keçmiş işçilərimizin iş stajlarını hesablamaq istəyirik və bunu edərkən, iş stajının hesablandığı formul olan xanaları hər hansı bir dəyişiklikdən qorumaq istəyirik.
Yuxarıdakı screenshot-da dəyişiklikdən qorumaq istədiyimiz xanalar içində formul olan Work experience sütunudur. Öncəliklə, formul olan bütün xanaları seçməliyik. Bunu normal şəkildə mouse-da istifadə edərək yuxarıdakı aşağı doğru seçə bilərik, lakin unutmayaq ki, formullar hər zaman bu şəkildə alt-alta olmaya, səhifənin bir-birindən uzaq fərqli yerlərində ola bilər. Bu səbəblə, formul olan bütün xanaları bir anda seçməyimizə kömək edəcək bir yol tapmalıyıq.
Protect Sheet etdiyimiz zaman istəyə bağlı olaraq şifrə də qoya bilərik. Bu zaman eyni şifrə 2 dəfə arxa-arxaya daxil edilməli olacaqdır. OK dedikdən sonra isə, formul olan xanalar xaric, digər bütün xanalarda dəyişiklik edə biləcəyik.
Uğurlar!