Hesab edək ki, 4 fərqli ölkənin hər birinin 3 şəhərinin əhalisinin sayı olan siyahımız var. Və biz hər bir ölkənin əhalisinin ümumi sayını hesablamaq istəyirik.
SUM funksiyasından istifadə edərək hər bir ölkə əhalisini ayrı-ayrılıqda hesablaya bilərik, lakin bunun çox daha qısa və effektiv yolunu öyrənəcəyik.
Bunun üçün öncə formullarımızı daxil edəcəyimiz bütün boş xanaları seçməliyik. Atacağımız addımlar aşağıdakı kimi olacaqdır:
Excel avtomatik o aralıqda yer alan bütün boş xanaları seçmiş olacaq.
Daha sonra funksiya sətirində formulumuzu daxil etməyə başlaya bilərik. Aşağıdakı gif faylında bütün addımlar açıq bir şəkildə göstərilmişdir.
Bu qədər bəsit. Sadəcə bir nyuansı da unutmayın. Bizdə siyahıda hər ölkəyə aid 3 şəhər var idi, amma ölkəyə aid şəhərlərin sayı dəyişsə, formul ilk daxil etdiyimiz xana sayına uyğun hesablama aparacaq. Məsələn, biz funksiya sətirində C4:C6 aralığını göstərdiyimiz üçün, Excel hər zaman 3 ədəd komponenti cəmləyəcək. Bu da şəhər sayıları 3-dən fərqli olan ölkələrdə yanlış nəticələr verəcək. Amma əgər hər bir kateqoriyada komponent sayları eynidirsə, bu yoldan istifadə edə bilərsiniz.
Uğurlar!