İstənilən xanaya hər hansı bir siyahını əlavə etmək üçün Data Validation-dan istifadə edir və Excel-də bu cür siyahıları dropdown list adlandırırıq. (Daha ətraflı – Dropdown lists – xanaya siyahının əlavə edilməsi). Bu vasitə tək bir xanaya siyahı əlavə edildiyi zaman əvəzsiz rol oynayır. Bəs bir-birindən asılı dropdown list hazırlamaq istəsək nə etməli? Supermarket olaraq aşağıdakı məhsul kateqoriyaları üzrə portfelimiz olmuş olsun: geyim, elektronik əşya və ev heyvanları.
Biz istəyirik ki, Clothing kateqoriyası seçildiyi zaman bir altdakı xanada yalnız və yalnız geyimə aid olan siyahı, Electronics seçildiyi zaman yalnız elektornik əşyalar olan siyahı və s. gəlsin. Bunu etmək əlbəttə mümkündür və Excel-də bu cür siyahılar multi-dropdown lists və ya cascade dropdown lists. Etmək istədiyimizi vizual olaraq aşağıdakı görüntündən müşahidə edə bilərik.
Belə bir şey əldə etmək üçün aşağıdakı addımlara ciddi riayət etmək gərəkdir:
Etdiklərimizi çox sadə dillə izah edəsi olsaq, daha öncə müəyyən etdiyimiz named range siyahılarımızı INDIRECT funksiyası vasitəsilə Excel-ə göstərir və hər kateqoriyaya uyğun müvafiq siyahıları gətirmiş oluruq.
Əgər hər şeyi doğru etdiysək, hər dəfə kateqoriyamızı dəyişdikdə, sırf ona aid məhsulların gəlməsinə nail olacağıq. Hesablamaların olduğu faylı əlavədən endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – Multi-dropdown lists