Hesab edək ki, filiallarımızın ilin ilk 2 kvartalında həyata keçirdiyi satışları analiz etməliyik və qarşımızda duran məqsəd – birinci kvartala nisbətdə 2-ci kvartaldakı ən böyük artışı müəyyən etməkdir. Yəni, hansı filial 2-ci kvartalda digər filiallara nisbətdə ən böyük artışı etmişdir. Məqsədimiz bu, filiallarımız isə aşağıdakı kimidir.
Bunu əlbəttə, yeni sütunlar açıb, hər bir filialın = Q2 – Q1 formulu ilə 2 kvartal arasındakı fərqini hesablaya;
və əldə olunan nəticələri da MAX funksiyasından istifadə edərək aralarındakı ən böyük dəyəri ortaya çıxara bilərik.
Bu, mümkün olan, lakin uzun bir işdir. Eyni problemi tək bir formul vasitəsilə həyata keçirəcəyik.
Bunun üçün array formula adlandırdığımız eyni xanada birdən çox sətir və sütun hesablamalarında istifadə olunan vasitəyə üz tutacağıq. Array formullara sonrakı yazılarda daha ətraflı toxunacağıq.
Konkret problemimizə qayıdası olsaq, yazmalı olacağımız formul aşağıdakı kimi olacaqdır.
Atdığımız addımları bir-bir ələ alaq:
Yuxarıdakı screenshot-dan da gördüyümüz kimi, MAX funksiyasının başında və sonunda { } işarələri var. Bu, array formullarına xas bir xüsusiyyətdir.
Array formulları haqda gələcək yazılarda ətraflı danışacağıq.
Hələlik bu qədər, uğurlar!