Yeni yaradılan Excel faylındakı sheet-lərin sayı

Excel Hiylələri

Hər yeni Excel faylı standart qayda olaraq 3 sheet ilə açılır.

Number of sheets - 1

Lakin bir çox halda sadəcə tək bir sheet istifadə edilr, digər 2 sheet isə lazımsız qalır. Belə olan halda isə, digər 2 sheet-i silmək məcburiyyətində qalırıq. Bunu etməyə isə ehtiyac yoxdur. Yeni Excel faylı yaradıldığı anda cəmi 1 sheet ehtiva etməsini Options vasitəsilə həll edə bilərik.

Excel 2007 işlədənlər Office Button >> Excel Options >> Popular vasitəsilə aşağıdakı dialoq qutusunu açacaqdır.

Number of sheets - 2

When creating new workbooks seksiyasında Include this many sheets adlı sətrə gəlib, yeni yaradılan Excel faylında açılacaq sheet sayını müəyyən edə bilərik.

Excel 2010 və 2013 işlədənlər isə File >> Options >> General vasitəsilə lazım olan dialoq qutusunu aça bilər.

Number of sheets - 3

Burda da müvafiq sətir vasitəsilə sheet sayı müəyyən edilə bilər.

Bundan sonra yaradılacaq hər yeni Excel faylı bizim burda müəyyən etdiyimiz rəqəmə uyğun olan sayda sheet ilə birgə açılacaqdır.

Uğurlar!