Ümumi
Oxunma sayı: 443
Hazırladığımız hesabatları, cədvəlləri gələcəkdə print etmək asan olsun deyə, PDF formatına çevirmək istəsək, bunun üçün çox sadə bir neçə addım atmalıyıq (Bütün bu addımlar Office 2013 üzərində nümayiş etdirilmişdir).
Bu addımlar aşağıdakı kimidir.
- Menudan File >> Save As >> Computer >> Desktop seçirik
- File name hissəsində faylımızın adını, Save as Type hissəsində isə PDF formatını seçirik.
- Əgər keyfiyyətli PDF istəyiriksə Standard, sadəcə məlumatların ötürülməsində maraqlıyıqsa, Minimum Size seçənəyini seçirik.
- Daha sonra Options hissəsinə daxil olub, bizə lazım olan bütün detalları istəyimizə uyğun sazlaya bilərik.
Burda yer alan detallar böyük ölçüdə Word-də işlədiyimiz zaman qarşılaşdığımız seçənəklərdir, o səbəblə, anlaşıması elə də çətin olmayacaqdır.
- OK klikləndikdən sonra Save düyməsi də kliklənərək Excel faylımızı PDF olaraq saxlamış oluruq.
Uğurlar!