Hesab edək ki, şirkətimiz aşağıdakı maliyyələşmə növlərini seçmiş və bunu diaqram olaraq vizuallaşdırmışdır.
Diaqram yaxşı görünür, lakin verdiyi mesajı daha da effektli etmək üçün ən yüksək dəyər olan sütunun hər zaman fərqli rəngdə təqdim edilməsini istəyirik. Bunu etmək üçün, əlbəttə həmin sütunun üzərinə klikləyib rəngini manual olaraq dəyişə bilərik. Amma bu, çıxış yolu deyil. Biz eyni problemi avtomatik həll etməyə çalışacağıq ki, soldakı cədvəldə edəcəyimiz hər bir dəyişiklik sağdakı diaqramda anında əks edilsin.
Bunu etmək üçün Sales olan sütunun yanına əlavə bir sütun açıb, hansı məbləğin ən yüksək olduğunu müəyyən etməliyik. Bu məqsədlə aşağıdakı kimi bir formuldan istifadə edəcəyik.
Excel-ə deyirik ki, əgər C4 xanasındakı dəyər C3:C7 aralığında yerləşən bütün dəyərlərdən böyükdürsə (MAX), o zaman D4 xanasına həmin dəyəri gətir, əks halda 0 (sıfır) yaz.
Screenshot-dan da görüldüyü kimi, o aralıqdakı ən yüksək dəyər 25,000 olduğuna görə, D sütununda D3 xanasından başqa digər bütün xanalar sıfırdır.
Əldə etdiyimiz yeni dəyərləri (D3:D7) diaqramımıza əlavə edəcəyik. Bunun D3:D7 aralığını seçib, Ctrl+C ilə kopyalayıb, diaqramın üzərinə klikləyib, Ctrl+V ilə yapışdırırıq. Diaqramımızın yeni halı belə olacaqdır.
Diaqrama yeni seriya əlavə edildiyi üçün, yaşıl sütunların yanına narıncı rəngdə sütunlar da əlavə edildi. Biz sadəcə 1 narıncı sütun görürük, çünki MAX? sütunundakı digər dəyərlərin hər biri sıfırdır və bu səbəblə heç biri görünmür.
Növbəti addım olaraq isə, bu iki seriyadan əmələ gələn sütunları üst-üstə gətirməliyik. Bunun üçün istənilən sütunun üzərində mouse ilə double-click etmək lazımdır. Sağda Format Data Series adlı qutu açılacaqdır.
Series Overlap (yəni, seriyalar üst-üstə gəlsin) 100% edilərək, 2 fərqli seriyanın üst-üstə gəlməsinə nail oluruq. Diaqramın effektini daha da artırmaq üçün yaşıl sütunların rəngini açıq boz olaraq dəyişdirəcəyəm. Bunun üçün yaşıl sütunlardan hər hansı birinin üzərinə gəlib, HOME menusundan rəngini dəyişdirmək lazımdır. Artıq, diaqramımız yekun halını almışdır.
Əslində, buraya qədər etdiyimiz şey çox sadədir. Əvvəlcə əsas dəyərlər olan diaqram hazırlanır və maksimum dəyər olan sütun əlavə edilir. Yəni üst-üstə 2 fərqli diaqram hazırlamış oluruq.
Bundan belə, ilk cədvəlimizdə edəcəyimiz hər bir dəyişiklik diaqramımızda avtomatik əks olunacaq və hər zaman ən yüksək dəyər narıncı rəngdə olacaqdır.
Hazır diaqram olan faylı əlavədən endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – Highlight MAX value in chart