Hər hansı bir kəsrli ədədin tam hissəsinin formul vasitəsilə hesablanmasını 2 cür həll etmək mümkündür:
Bəs, bir neçə kəsrli ədədin tam hissələrinin cəmlənməsini necə edə bilərik?
Bunun üçün SUMPRODUCT funksiyasının xüsusi işləyişindən istifadə edəcəyik. Formul isə belədir.
Formul öncə B3:B7 aralığındakı dəyərlərin tam hissələrini müəyyən edir, daha sonra isə hər birini 1-ə vurub sonda cəmləyir. Bu, SUMPRODUCT funksiyasının işləmə mexanizmi ilə birbaşa əlaqəlidir. Mövzu ilə tanış olmayanlar bu linkdən məlumat əldə edə bilər – SUMPRODUCT funksıyası.
Mövzuya yaxınlığı baxımından, SUMPRODUCT funksiyasının xüsusi işləyişinə oxşar bir digər mövzu, daha öncə müzakirə etdiyimiz – siyahıdakı unikal dəyərlərin müəyyən edilməsi mövzusu idi. Bu linkdən daxil olub o mövzuyla da tanış olmaq olar – Siyahıdakı unikal dəyərlərin sayı.
Mövzumuza qayıda bilərik.
Kəsrli ədədlərin tam hissələrinin beləcə cəminin hesablanması qaydasını öyrənmiş olduq. Gəlin, bu dəfə tam yox, kəsrli hissələrin necə hesablandığına baxaq.
Bunun üçün isə aşağıdakı kimi bir formuldan istifadə etməliyik.
Bu dəfəki məntiq də tamamilə eynidir. MOD funksiyası ilə öncə bütün ədədlərin qalıq dəyərlərini müəyyən edib, daha sonra isə SUMPRODUCT ilə onları cəmləyirik. Nəticədə kəsrli hissələrin cəmini tapmış oluruq.
Formullarla daha yaxından tanış olmanız üçün faylı əlavədən endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – Sum of integers and decimals