Form Controls – Combo Box

Excel Hiylələri

Xanaya siyahı əlavə edilməsi haqqındakı yazımızda (Dropdown lists – xanaya siyahının əlavə edilməsi) istənilən siyahını istənilən xanaya əlavə etmənin yolunu müzakirə etmişdik. Və bunu, Excel menusundan Data Validation vasitəsilə həyata keçirmişdik. Bu günkü yazımızda isə, bunun daha advanced üsulu olan Combo Box vasitəsilə edəcəyik. Bu mövzu haqqında daha öncə giriş xarakterli bir yazımız olmuşdu, oxumağa fürsəti olmayanlar bu linkdən tanış ola bilər – Form Controls – mövzuya giriş.

Form Controls-dan istifadə edə bilmək üçün, ilk başda əsas menuda yer almayan Developer menusunu gətirməliyik.

Excel 2007 işlədənlər Office Button >> Excel Options >> Popular >> Show Developer Tab in the Ribbon seçməklə aktiv etməlidir.

Excel 2010 və 2013 işlədənlər isə, File >> Options >> Customize Ribbon seçib, sağdakı siyahıdan Developer olan sətri seçməklə problemi aradan qaldıra bilər.

Developer menusu aşağıdakı kimi bir görünüşə sahibdir.

Combo Box - 1

Biz sadəcə, portfel işarəsi olan Insert hissəsi ilə məşğul olacağıq. Bütün Form Controls vasitələri məhz ordadır.

Mövzunun yaxşı anlaşılması üçün çox sadə və primitiv bir misal üzərindən davam etməyi təklif edirəm. Ölkə adlarını vizual olaraq dropdown siyahıya əlavə etmək istəyirəm, lakin bunu daha əvvəl müzakirə etdiyimiz kimi Data Validation ilə yox, məhz Combo Box vasitəsilə etməyə çalışacağam.

Bunun üçün Developer >> Insert >> Combo Box seçməliyik. Combo Box aşağıdakı kimi kiçik bir işarədir.

Combo Box - 2

Combo Box seçildikdən sonra, istədiyimiz xananın üzərinə gəlib bu Combo-nu istədiyimiz ölçülərdə “çəkməliyik”. Aşağıdakı kimi.

Combo - 1

Gördüyümüz kimi, Combo Box-un ölçülərini istədiyimiz kimi dəyişə bilmək imkanımız var. Combo əlavə edildikdən sonra, sıra bu Combo-ya siyahının əlavə edilməsinə gəlir. Bunun üçün, Combo-nun üzərində mouse ilə sağ klikləyib Format Control seçməliyik.

Qarşımıza yeni bir dialoq qutusu gələcək. Control seksiyası Combo Box-u funksional vəziyyətə gətirən ən vacib bu hissədir.

Combo Box - 4

Input range – Bura siyahının olduğu aralıq daxil edilir.

Cell link – Bir çoxumuz üçün çox yeni bir anlayış olacağı üçün ən sıfırdan izah edim. Form Controls vasitələri hər hansı bir xanaya birbaşa daxil edilmir, əksinə sanki Excel sheet-i üzərində yer alır. Məsələn, iş masamızın üstünü Excel sheet kimi təsəvvür etsək, onun üzərinə qoyduğumuz bir kağız parçası Form Control mahiyyətində olacaq, yəni masa ilə birbaşa hər hansı bir əlaqəsi olmayacaq, sadəcə fiziki olaraq onun üstündə yer alacaq.

Cell link vasitəsilə isə, biz masanı kağız ilə əlaqələndiririk. Bunun üçün gələcək hesablamalarda istifadə edə bilmək üçün, hər hansı bir xananı reference olaraq göstərməliyik. Aşağıdakı videonu izlədikdən sonra daha da rahat anlaşılacaq.

Drop down lines – Siyahımız açıldığı zaman neçə sətirdən ibarət olmasını istəyirsək, o ədədi bura daxil etməliyik.

Gəlin, artıq ölkə adlarından ibarət Combo Box-umuzu düzəldək. Bunun üçün I3:I9 xanalarına müvafiq ölkə adlarını daxil edirəm. Daha sonra, bu adları Combo Box-a əlavə edəcəyəm.Combo - 2

Düşünürəm ki, Serbiya seçilən kimi, A3 xanasında əmələ gələn 3 rəqəmi diqqətinizdən yayınmamışdır. Fikir verməyən oldusa, zəhmət olmasa, bir daha baxsın. Dropdown siyahıdan hər hansı bir sətir seçildiyi anda, o sətirin sıra nömrəsi Cell link olaraq göstərdiyimiz xanada əks olunacaq.

Bunun çox sadə bir məntiqi var. Excel-in, daxil etdiyimiz siyahı mətn formatında olduğu üçün, sətirlərin hər birinin hansı mənaya gəldiyini anlamaq şansı yoxdur. Və bu səbəblə, həmin mətnin sıra nömrəsini göstərərək Excel-ə nəyi seçdiyimizi bildirmiş oluruq. Məsələn, siyahıdan Danimarka seçilmiş olsaydı, A3 xanasında 5 rəqəmini görmüş olacaqdıq.

Bəs Combo Box və bənzərlərindən harda istifadə edə bilərik?

Məsələn, şirkətimizin yuxarıdakı ölkələrdə filialları olmuş olsun və biz bu filiallardakı

  1. Cəmi satışlar
  2. Müştəri sayı və
  3. Xalis mənfəət

haqqında hesabat hazırlamış olaq. Lakin bütün filialları ümumi cədvəl olaraq yox, tam tərsi, aşağıdakı kimi interaktiv formatda hazırlaya bilərik. Hər ölkəni seçdiyimizdə, o ölkəyə aid göstəricilərin avtomatik olaraq gəlməsi hesabatın professionallığını ciddi şəkildə artıran amillərdən biridir.

Combo - 3

Gələn yazılarda, Form Controls ilə çox sıx istifadə olunan CHOOSE funksiyası və yuxarıdakı hesabatın necə hazırlandığı barədə müzakirələr aparacağıq. Hələlik isə, əlavədəki faylı endirib, CHOOSE funksiyası ilə tanış ola bilərsiniz.

Uğurlar!

Faylı endir – Form Controls – Combo Box