CHOOSE funksiyası

Funksiyalar

Kişi ayaqqabıları satan mağaza olduğumuzu və həftənin günündən asılı olaraq (Çərşənbə, Cümə axşamı, Cümə və s.) fərqli endirim kampaniyalarımız olduğunu fərz edək. Endirim dərəcələrimiz aşağıdakı kimi olmuş olsun.

CHOOSE function - 1

Digər tərəfdən, hər bir satışın endirimdən sonrakı dəyərini tapmaq üçün, satış məbləğini satışın olduğu gündəki endirim ilə vurub ilklin satış məbləğindən çıxmalıyıq. Əlbəttə, bunu hər dəfə manual olaraq edə bilərik, amma buna heç ehtiyac yoxdur, CHOOSE funskiyası bizim əvəzimizə hər şeyi avtomatik hesablayacaqdır.

CHOOSE function - 2

Hesab edək ki, Çərşənbə günü 1,500 AZN dəyərində ayaqqabı satmışıq və bu ayaqqabının endirimdən sonrakı dəyərini müəyyən etməliyik. Bunun üçün, 3-cü günə aid endirimi tapmalı və müvafiq hesablamalar aparmalıyıq. CHOOSE funksiyası ilə heç nə axtarmadan lazımi endirimin avtomatik “gəlməsinə” nail olacağıq. Formulu yazdıqdan sonra nə ifadə etdiyini izah etməyə çalışacağam.

CHOOSE function - 3

Yuxarıdakı formul ilə Excel-ə deyirik ki, C3 xanasına bax və ona müvafiq dəyəri “gətir”. Excel də öz növbəsində, C3 xanasına baxır və orda 3 rəqəminin olduğunu görür. Daha sonra, formul daxilinə ard-arda yazdığımız dəyərlər arasından (G3, G4, G5,…, G9) sıra etibarilə 3-cü olanını “gətirir”.

Digər bir ifadə ilə, C3 xanasına yazdığımız rəqəm

1 isə – G3

2 isə – G4

3 isə – G5

4 isə – G6

7 isə – G9 xanasındakı dəyəri gətirir.

Eyni əməliyyatı VLOOKUP funksiyası ilə də etmək mümkündür, lakin həftənin günləri olan sütunu silsək, VLOOKUP funksiyası tamamilə yararsız hala gələcəkdir. Gələcək Form Controls haqqında yazılarda da CHOOSE funksiyasının VLOOKUP-a nisbətdə necə çox daha faydalı olduğunu görəcəyik.

Endirimli qiyməti tapmaq üçün isə adi riyaziyyatdan istifadə ediləcəkdir.

Formulları analiz etməniz üçün faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – CHOOSE function