Paste Special – toplama və çıxma

Excel Hiylələri

Toplama və çıxma əməliyyatını əksər hallarda formul vasitəsilə həyata keçirmək ən doğrusudur, lakin bəzi hallarda formul yazmaq lazımsız vaxt itkisinə səbəb ola bilər. Belə hallarda alternativ toplama/çıxma vasitəsindən istifadə edə bilərik. Fərz edək ki, aşağıdakı kimi B və D sütunlarında ədədlərimiz var və D sütunundakı ədədləri B sütunu ilə cəmləmək və yekun nəticənin B sütunundakı müvafiq xanalarda qalmasını və son olaraq D sütununu tamamilə silmək istəyirik.

Paste special - add, subtract - 1

Formul yazmaq yerinə, başqa bir yol izləyəcəyik.

  1. Kopyalamaq istədiyimiz xananı (və yaxud aralığı) seçib kopyalayırıq (Ctrl+C). Biz misalımızda D sütunundakı bütün ədədləri B sütunundakı müvafiq xanalara əlavə etmək istəyirik.
  2. Kopyaladıqdan sonra yapışdırmaq istədiyimiz xananın (yaxud aralığın) üzərinə gedib Alt+E+S shortcut-ı ilə Paste special qutucuğunu açırıq. (Eyni qutucuğu mouse ilə sağ klikləyib Paste Special da seçə bilərsiniz, amma shortcut hər zaman daha doğru yoldur.)
    Paste special - add, subtract - 2
  3. Operation seksiyasında yerləşən Add-ı seçib OK klikləyirik. B sütunundakı bütün ədədlərin dəyişdiyini, yəni B ilə D sütunlarının cəmləndiyini görəcəyik.
    Paste special - add, subtract - 3

Tamamilə eyni işləri Operation seksiyasındakı alternativlərdən gördüyümüz kimi, çıxma (Subtract), bölmə (Divide) və vurma (Multiply) üçün də etmək mümkündür.

Bu üsuldan bəzi hallarda istifadə olunur, amma işimizdə sürətli olmaq istəyiriksə, Excel-in bu cür xırda nyuanslarından mümkün olduğu qədər çox bilməliyik.

Uğurlar!