Sizə 2 tarix arasındakı satışların cəmini tapmaq tapşırılsa, bu problemi hansı funksiya ilə həll edərdiniz?
Nə demək istədiyimi aşağıdakı cədvəldən daha yaxşı anlamaq mümkündür. 22.05.2014 ilə 13.08.2014 tarixləri arasındakı ümumi satış məbləğini tək bir formul ilə necə müəyyən edə bilərik?
Problemi həll etməyə başlamazdan əvvəl sadə bir məntiq yürüdüb, yazacağımız formulu məntiqi komponentlərinə ayıraq. Əvvəla, ilk kriteriyamız – bütün satışların 22-May tarixindən sonra həyata keçmiş olmasıdır. İlk şərtimiz budur. İkinci şərtimiz isə, 13-Avqust tarixinə qədər olan satışların nəzərə alınması zərurətidir. Bunun üçün, SUMIFS funksiyasından istifadə edəcəyik.
Yadınızdadırsa, SUMIFS funksiyası 2 və daha çox şərtin olduğu cəmləmə əməliyyatlarından istifadə olunur. Bunu misalımızda istifadə edəcəyik. Öncə formulu yazıb, daha sonra açıqlamasını verəcəyəm. Bu 2 tarix arasındakı cəmi bilmək üçün F6 xanasına aşağıdakı kimi formul daxil edilməlidir.
Formulun uzunluğuna aldanıb qəliz bir şey olduğunu düşünməyin, əslində, çox sadədir. Excel-ə deyirik ki, B4:B26 aralığındakı tarixlərə bax, 22-May və 13-Avqust tarixləri arasındakı satışları (C4:C26) cəmlə.
Fikir versəniz, hər hansı bir tarixdən böyük/kiçik şərtini gətirmək üçün xüsusi yazılış qaydası var.
Göy dörtbucaqlı arasına aldığım yerə fikir verin. Excel dilində bu, F3 xanasına yazılan dəyərə bərabər vəya böyük mənasına gəlir. B4:B26 aralığında bu kriteriyaya uyğun bütün xanalara nəzərə alınacaq.
Eynilə ikinci kriteriyamız olan F4 xanasına bərabər vəya ondan daha kiçik xanalar aşağıdakı kimi yazılmalıdır.
Dırnaq işarəsi arasında <= işarəsi və yoxlanılacaq xananın ünvanı – F4.
Formulun məntiqi, gördüyümüz kimi, çox sadədir, sadəcə olaraq, bu yazılış qaydasını yadda saxlamaq lazımdır.
Formulu daha yaxşı analiz etməniz üçün çalışma faylını əlavədən endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – Sales between 2 dates