Formul,rəqəm, şərti formatlama olan xanaların tapılması

Excel Hiylələri

Financial modelling ilə məşğul olanlar tərtib etdikləri cədvəl və hesabatlarda hansı xanaların formul, hansıların isə quru rəqəmdən ibarət olduğunu tez-tez bilmək istəyir. Financial modelling ilə bağlı yazılarda bunun səbəbləri haqqında ətraflı danışacağıq, lakin indiki mərhələdə buna necə nail olacağımıza baxaq.

Show formulas, constants - 1

Əslində, bu, çox sadə bir yolla həyata keçirilir. Əvvəla, analiz edəcəyimiz cədvəli seçirik. Əgər heç bir cədvəl və yaxud aralıq seçilməsə, Excel bütün sheet-i nəzərə alacaq. Seçdikdən sonra Home >> Editing >> Find & Select seçilir.

Show formulas, constants - 2

Formulas seçildiyi anda o sheet-də içində formul olan bütün xanalar highlight edilmiş olacaq. Daha bir-bir baxmaq məcburiyyətində qalmayacağıq. Aşağıdakı screenshot-da formul olan xanaların highlight edildiyini görürük.

Show formulas, constants - 3

Eyni qaydada, Home >> Editing >> Find & Select vasitəsi ilə, adi rəqəm olan xanaları highlight etmək üçün Constants, şərti formatlama olan xanaları görmək üçün Conditional Formatting və digər ehtiyaclarımıza uyğun olaraq da digər müvafiq alterantivlər seçilməlidir.

Uğurlar!