Hazırladığınız Excel faylının heç kim və yaxud sadəcə müəyyən insanlar tərəfindən görülməsini istəyirsinizsə, həmin fayla şifrə qoya bilərsiniz. Bunun üçün aşağıdakı bəsit addımları izləməniz gərəkəcək.
Əgər faylınızın sadəcə açılmasını məhdudlaşdırmaq yox, bununla bərabər, faylda hər hansı bir dəyişiklik edilməsini də istəmirsinizsə, o zaman ikinci şifrəni də Password to modify hissəsinə daxil edə bilərsiniz. Eyni prosedurları burda da tətbiq etməli olacaqsınız.
Hesab edək ki, faylımıza hər iki şifrəni tətbiq etdik. Hər hansı bir üçüncü şəxs faylı açmaq istəsə qarşısına ilk olaraq yuxarıdakı qutucuq çıxacaq. Şifrəni daxil etdikdən sonra isə bir digəri ilə qarşılaşacaq.
Bu qutucuq faylda dəyişiklik etmə hüququnu verəcək və ona 2 seçiminin olduğuna işarə edəcək.
İşçilərinizin hər hansı bir dəyişiklik etməsinin qarşısını almaq istəyirsinizsə, bu yola baş vura bilərsiniz, lakin unutmayın ki, burda Read Only olaraq nəzərdə tutulan şey bir az fərqlidir. Belə ki, dəyişiklik etmək üçün şifrəsi olmayan hər bir kəs Read Only seçəcək və bu zaman fayl normal olaraq açılacaq, orda istənilən xana dəyişdirilə biləcək, kopyalacaq və s. və i.a. Lakin bütün edilən bu dəyişikliklər sonrasında faylı Save edə bilməyəcək. Save etmək istədiyi zaman qarşısında belə bir mesaj ilə qarşılaşacaq.
Yəni sizin orijinal faylınız olduğu kimi toxunulmaz qalacaq.
Uğurlar!