Cədvəldəki bütün boş xanaları sıfır ilə əvəz etmək

Excel Hiylələri

Şirkətinizin proqnozlaşdırma departamentində çalışdığınızı və bir sonrakı ilin gəlir və xərclərini proqznozlaşdırıb aşağıdakı kimi yekunlaşdırdığınızı fərz edin.

Fill blank cells with zero - 1

Lakin, diqqət etsəniz, xərclər olan sətirlərdə xeyli sayıda boş xana var və siz hesabatınızı daha professional şəkildə, yəni bu xanaları boş olaraq yox, 0 (sıfır) olaraq təqdim etmək istəyirsiniz. Boş xanalara bir-bir gedib sıfır yazmağınıza ehtiyac yoxdur. Aşağıdakı addımları izləməniz yetərlidir.

  1. Dəyişdirmək istədiyiniz xanalar olan cədvəli seçin.
  2. Home menusu, Editing seksiyasında Find&Select >> Go To Special seçin
  3. Qarşınıza çıxacaq dialoq qutusundan Blanks seçin və OK-ə klikləyin. Artıq qarşınızda bütün boş xanalar seçilmiş vəziyyətdə olacaq.

Fill blank cells with zero - 2
Tək etməli olduğumuz – boş xanaları sıfır ilə əvəzləmək. Bunun üçün Ctrl+H kombinasiyası ilə Find&Replace dialoq qutusunu açın. Aşağıdakı screenshot-da gördüyünüz kimi, boşluqları sıfır ilə əvəz edib Replace All düyməsinə klikləyin.
Fill blank cells with zero - 3
Cədvəlinizdə bütün boş xanaların sıfır ilə əvəzləndiyini görəcəksiniz. Eynisini özünüz də yoxlamaq istəyirsinizsə, əlavədəki faylı endirə bilərsiniz.
Adios!
Faylı endir – Replace all blank cells