Hər hansı bir səbəblə, yazmış olduğunuz formulların digər istifadəçilər tərəfindən görünməməsini istəyə bilərsiniz. Bunun üçün, siz həmin xanaların funksionallığını qorumaqla bərabər, içindəkiləri gizləyə bilərsiniz.
C18 xanasına yazılan formulu yuxarıdakı formul qutucuğundan oxuya bilərsiniz – cəmləmə əməliyyatı həyata keçirilib. Amma gəlin, yuxarıdakı formulu gizlədib, heç kəsin görməməsinə nail olaq.
Bunun üçün gizləmək istədiyiniz xananı seçib Ctrl+1 shortcut-ından istifadə edin. Qarşınıza formatlama dialoq qutusu çıxacaq.
Protection seksiyasına gedin və Hidden sətrini “check” edib OK-yə klikləyin.
Artıq seçdiyiniz xananı “gizli” statusuna gətirmiş oldunuz. Lakin iş bununla bitmir. Gizliliyi aktivləşdirmək üçün REVIEW menusuna gedib Protect Sheet edib, təkrar gizləmiş olduğunuz xananın üzərinə gəlin. Yuxarıdakı formul sətirində artıq heç bir formul görünməyəcək!
C18 xanasının üzərində olmağımıza baxmayaraq, yuxarıda heç bir formul görünmür.
Uğurlar!