Başlığın nə demək olduğunu anlamaq çətinlik yarada bilər, o səbəblə, aşağıdakı screenshot-a nəzər yetirin. Nə demək istədiyimi anında anlayacaqsınız.
C3 xanasına siyahı əlavə etmək istəyiriksə, əvvəla həmin siyahını eyni sheet-də hər hansı bir yerə daxil etməliyik. Aşağıdakı kimi:
Daha sonra Data menusunda Data Validation qrupuna kliklənməliyik.
Qarşımıza belə bir qutucuq çıxacaq.
Allow seksiyasından “List”, Source, yəni qaynaq olaraq da daha əvvəl tərtib etdiyimiz siyahı (K3:K7 aralığı) seçilməlidir. OK düyməsini kliklədiyiniz anda, seçmiş olduğunuz xanaya siyahını əlavə etmiş olacaqsınız. Beləliklə, hesabatlarınızın daha effektli olmasına nail ola biləcəksiniz.
Uğurlar!