Statistika və riyaziyyat ilə yaxından maraqlanan dostlar korelyasiyanın nə demək olduğunu gözəl bilir. Bilməyənlər üçün qısaca izah edim.
Korelyasiya 2 fərqli dəyişkənin bir biri ilə olan (və ya olmayan) əlaqəsini ölçməyə yarayan bir əmsaldır. Korelyasiya əmsalı -1 və 1 arasında istənilən rəqəm ola bilər. Əgər hesablamalar sonrasında məlum olur ki, 2 dəyişkən arasındakı korelyasiya əmsalı 1 – dir, o zaman bu 2 dəyişkən arasında tam korelyasiya var deməkdir, yəni sadə dillə desək, bir dəyişkənin qiyməti artırsa, digər dəyişkən də eyni dərəcədə artacaq. Əmsal 0 – a yaxınlaşdıqca, aradakı əlaqənin dərəcəsi də azalır. 0 korelyasiya 2 dəyişkən arasında heç bir əlaqənin olmadığı deməkdir. -1 korelyasiya ikisi arasında eyni dərəcədə, fəqət əks istiqamətdə əlaqə olduğu mənasını daşıyır, yəni biri artırsa, digəri azalacaq.
Misal olaraq, görəsən sürət həddi avtomobil ölümləri ilə düz, yoxsa tərs mütənasibdir?! Aşağıdakı cədvəldə bir sütunda sürət həddləri, onlara müvafiq sətirlərdə isə o sürət həddi ilə gedən avtomobillərin qəza törətməsi halında ortalama ölüm saylarını göstərir. Arada əlaqə olub-olmadığını bizə CORREL funksiyası deyəcək.
Bunun üçün C12 xanasına aşağıdakı formul yazılmalıdır.
Formul yazılıb Enter basıldıqdan sonra qarşımıza 98% nəticəsi çıxacaq, bu isə 0,98 deməkdir, yəni bu 2 sütun arasında çox ciddi əlaqə olduğu mənasına gəlir. Sürət həddinin artdıqca, ölüm sayının da eyni dərəcədə artacağı gözlənilir
Hesablama faylını əlavədən endirə bilərsiniz.
Uğurlar!
Faylı endir – CORREL